Bir gün ötüb, keçənləri,
Çox düşünüb, yada salıb,
Qayıdarsan o sevgiyə..
O illərin nəğməsindən
Səninlə gəl bir yol açaq
Biz yenidən o günlərə

Mən bir bahar sevgisindən ayrı düşən gülə döndüm..
Sən bilmədən sənsizliyin həsrətindən külə döndüm..
Bəlkə bir gün ayrılıqdan uzaq düşən sevgi gəldi
Bu intizar, bu kədəri mən unudub sənə döndüm..

İndi düşün son söz sənin..
Ötüb, keçən o illərin heç bilmədin sən qədrini..
Həsrət düşüb ömrümüzə,
Biz inansaq sevgimizə,
Sevinc tapar öz yerini..

Mən bir bahar sevgisindən ayrı düşən gülə döndüm..
Sən bilmədən sənsizliyin həsrətindən külə döndüm..
Bəlkə bir gün ayrılıqdan uzaq düşən sevgi gəldi
Bu intizar, bu kədəri mən unudub sənə döndüm..

Gəl bir baxaq ömrümüzdən keçən
O yollardan nələr qalıb?..
Gəl bir baxaq,
Bu ayrılıq bizim ömrümüzdən nələr alıb?!

Correct  |  Mail  |  Print  |  Vote

Son Söz Lyrics

Aygün Kazımova – Son Söz Lyrics