O gecə bilsəydim son görüşümdür,
Ömrümü sürərdim səhərə qədər
Sənli anlarımı etməzdim hədər,
Bir daha qoymazdım açılsın səhər...
Bir daha qoymazdım açılsın səhər...

Gəl, gülüm, bir daha gəl dindir məni,
Matəmə batmışam, sevindir məni
Sənsizlik oduna dözə bilmirəm,
Başına dolanım, gəl söndür məni...
Başına dolanım, gəl söndür məni...

Kaş elə bir yuxu aparsın bizi,
Birlikdə qayıdaq həmin gecəyə,
Zaman da bizimlə geriyə dönsün,
Görüşək yuxuda elə görüşək
Ayrılıq atəşı qəlbimdə sönsün...

O gecə bilmədim son gecəmizdir,
Bilsəydim öpərdim yanaqlarından
Min qönçə dərərdim dodaqlarından,
Bilmədim, çox hayıf o çağlarımdan...
Bilmədim, çox hayıf o çağlarımdan...

Gəl, gülüm, bir daha gəl dindir məni,
Matəmə batmışam, sevindir məni
Sənsizlik oduna dözə bilmirəm,
Başına dolanım, gəl söndür məni...
Başına dolanım, gəl söndür məni...

O ipək saçını bir də oxşayım,
Həyatda məhv olan bu varlığıma,
Həyatda məhv olan bu varlığıma,
Elə bir ruh qaytar, qoy mən yaşayım...
Elə bir ruh qaytar, qoy mən yaşayım...

O gecə bilsəydim son görüşümdür,
Ömrümü sürərdim səhərə qədər

O gecə bilsəydim son görüşümdür,
Ömrümü sürərdim səhərə qədər

Nə sən söyləmədim, nə mən bilmədin,
Nə sen söyləmədin, nə mən bilmədim,
Nə mən bilmədim
Nə mən bilmədim
Bilmədim...
Bilmədim...
Bilmədim...
Bilmədim...
Bilmədim...
Correct  |  Mail  |  Print  |  Vote

Son Gecə Lyrics

Aygün Kazımova – Son Gecə Lyrics