Ürəyimdə ayaz var
Nə qış gedib, nə yaz var
Oyatma bənövşəni
Kol dibində ayaz var

Kədərli axmayaydı
Göz yaşım axmayaydı

Yad baxmağı bir yana
Yad yada baxmayaydı

Ürəyimdə ayaz var
Nə qış gedib, nə yaz var
Oyatma bənövşəni
Kol dibində ayaz var

Bu dünya çətin qala
Yolları çətin qala
Yaxşı yarı yazda gəz
Payıza çətin qala

Qalanın daşı oldum
Gözümün yaşı oldum

Dünyada gün görmədim
Sevəndə naşı oldum

Bu dünya çətin qala
Yolları çətin qala
Yaxşı yarı yazda gəz
Payıza çətin qala

Yanımda qal bir az da
Göz yaşı var Araz da

Yar yuxusunu danışıb
Şəkli qalıb Araz da

Yenə də axşam oldu
Gün keçdi axşam oldu
Gecələr mən alışdım
Əriyən şam oldum
Correct  |  Mail  |  Print  |  Vote

Bayatılar Lyrics

Aygün Kazımova – Bayatılar Lyrics